ELM VƏ TƏHSİL


Namizədlərin elektron qaydada yerləşdirilməsi zamanı nəzərə alınacaq meyarlar

Bakı, 8 sentyabr, AZƏRTAC 

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatdıqdan sonra keçid balını toplamış namizədlərin yerləşdirilməsi elektron şəkildə, ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imtahan nəticəsi və seçdiyi vakant yer eyni olan iki və ya daha çox namizədin elektron yerləşdirilməsi zamanı 5 meyar üzrə müəyyən olunmuş əmsallar mərhələli şəkildə həmin namizədlərin imtahan nəticəsinin kəsr hissəsinə əlavə ediləcək.

Belə ki, yalnız yuxarıda qeyd olunan hallarda namizədlərin imtahan nəticəsinə ilk növbədə ixtisas balı, daha sonra isə mərhələli şəkildə təhsil göstəricisi, təhsil haqqında sənədi, pedaqoji stajı və yaşayış yerinə uyğun olaraq əmsal tətbiq ediləcək.

Sözügedən meyarların tətbiqi barədə ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş infoqrafikadan əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.