CƏMİYYƏT


Narkomaniya bəşəriyyəti düşündürən və ağır nəticələrə gətirib çıxaran böyük təhlükədir

Bakı, 8 dekabr, AZƏRTAC

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zəyəm kənd tam orta məktəbində “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və polis əməkdaşları iştirak ediblər.

Məktəblilərlə keçirilən görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi Vidadi Qurbanov narkomaniyanın bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən və digər ağır nəticələrə gətirib çıxaran böyük təhlükə mənbəyi olduğunu qeyd edib. Bu səbəbdən yeniyetmə və gənclər arasında mütəmadi olaraq maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb. Daxili işlər orqanlarının əməkdaşlarının narkomaniyaya qarşı apardıqları qətiyyətli mübarizə və profilaktiki tədbirlər barədə ətraflı məlumat verən polis polkovniki onları hər zaman sağlam həyat yaşamağa çağırıb.

Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən bukletlər məktəblilərə təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.