CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Bakı, 3 aprel, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Bakı şəhər sakinləri E.Rəsulov, R.Orucəliyev və C.Həsənov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıblar. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların kirayədə yaşadıqları evdən 15 qrama yaxın heroin, 960 qrama yaxın tiryək, 33 qramdan artıq marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.