CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb

Bakı, 30 aprel, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini A.Zeynalov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan A.Zeynalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.