CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinindən heroin aşkarlanaraq götürülüb
Bakı, 2 dekabr, AZƏRTAC
Polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləj kənd sakini M.Baxşıyev saxlanılıb. Şəxsi axtarış zamanı onda heroin aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində narkotik vasitəni ona vermiş həmkəndlisi T.Xanmədov da müəyyənləşdirilərək yaxalanıb. Şəxsi axtarış zamanı ondan 235 qrama yaxın heroin və 3 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.