CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə tədbirləri davam etdirilir

Bakı, 13 iyul, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə maarifləndirmə işlərinin təsirliliyinin artırılması və əhatəsinin genişləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirilib.

Komissiyanın işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsilə müvafiq mətnli SMS bildiriş (DK İşçi Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”,“Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən ümumilikdə 7 milyon 750 min aktiv abunəçiyə göndərilib.

Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirakı ilə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Turizm və Menecment, Qərbi Kaspi universitetlərində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birgə vebinarlar keçirilib. Eyni zamanda, Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən, digər ali və orta ixtisas təhsili müəssisələrində də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda videokonfrans şəklində tədbirlər təşkil edilib.

“Narkomanlığa birlikdə yox deyək” şüarı bu il iyunun 24-dən (beş gün müddətində) Bakı Nəqliyyat Agentliyi vasitəsilə elektron informasiya terminallarında və avtobuslardakı monitorlarda nümayiş olunub.

Eyni zamanda, iyunun 24-dən (bir ay müddətinə) “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair videoçarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin paytaxtın bir sıra küçə və prospektlərindəki elektron reklam lövhələrində və metro stansiyalarında nümayişi edilib.

Bundan əlavə, Bakı şəhəri üzrə Səbail, Nəsimi, Nərimanov, Nizami, Binəqədi, respublikanın Sumqayıt, Şirvan və Qəbələ şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları ilə birgə təşkil olunan videokonfrans şəklində maarifləndirici tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları iştirak edib, eyni zamanda, digər şəhər və rayon komissiyaları tərəfindən də silsilə tədbirlər keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.