CƏMİYYƏT
Natalya Rozmaritsina: VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinə qatıldığım üçün çox şadam
Bakı, 30 iyul, AZƏRTAC
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinə qatıldığım üçün çox şadam. Bu layihə sayəsində biz Azərbaycandakı multikulturalizmi, buradakı dinlərarası, icmalararası dostluğu, tolerantlığı gözlərimizlə görürük. Burada müxtəlif xalqların nümayəndələri bir yerdə sülh şəraitində yaşayırlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin Ukraynadan olan iştirakçısı Natalya Rozmaritsina deyib.
“Layihə çərçivəsində biz Oğuz, Şəki, Qəbələ, İsmayıllı rayonlarında və Bakı şəhərində tarixi binalarla, multikultural mühitlə, müxtəlif insanlarla tanış olacağıq. Beynəlxalq multikulturalizm yay və qış məktəbləri xaricdən gələn gənclərə Azərbaycandakı tolerant və multikultural mühitlə tanış olmağa imkan yaradır”, - deyə N.Rozmaritsina əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:00]
YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb
- 07.05.2024 [19:17]
40-cı paralel üzərində…
- 07.05.2024 [18:37]