REGİONLAR


Naxçıvan Qarnizonu üzrə avtomobil texnikalarına baxış-müsabiqə keçirilib

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Naxçıvan Qarnizonu qoşunlarında istismarda olan avtomobil texnikalarına baxış-müsabiqə keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqəyə ordu, birləşmə və hissələrə təhkim edilmiş müxtəlif markalı və təyinatlı minik avtomobilləri, mikroavtobus və avtobuslar cəlb edilib.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.