REGİONLAR


“Naxçıvan” Universitetinin əməkdaşları Rumıniyanın Pitesti Universitetində olublar

Naxçıvan, 8 mart, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrində “Erasmus+” proqramı çərçivəsində “Müəllim mübadiləsi layihəsi”nə əsasən ali təhsil ocaqlarında müəllimlər arasında imtahan keçirilib. Həmin layihə ilə əlaqədar “Naxçıvan” Universitetində keçirilən imtahanda universitetin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu, İqtisadiyyat kafedrasının müəllimləri Əli Cabbarov və Naim Cahidzadə, Pedaqogika və psixologiya kafedrasının müəllimi Aytən Məmmədova yüksək nəticə əldə edərək Rumıniyanın Pitesti şəhərinin Pitesti Universitetinə müxtəlif ixtisaslar üzrə fənn tədris etməyə göndəriliblər.

Əməkdaşlardan aldığımız məlumata əsasən Hüseyn Bağırsoylu “Azərbaycanın enerji təhlükəsizliyi”, “Azərbaycanın Orta Asiyadakı mövcud və siyasi vəziyyəti”, Əli Cabbarov “Azərbaycanın Naxçıvan Muxtar Respublikasının turizm potensialı”, “Naxçıvandakı Duzdağda müalicə turizminin inkişafı”, Naim Cahidzadə “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, “Azərbaycan və dünya təcrübəsi fərqləri”, Aytən Məmmədova isə “Dünyadakı pedaqoji yeniliklər və Azərbaycan təcrübəsi” mövzularında mühazirələr oxuyublar.

Onu da qeyd edək ki, səfər çərçivəsində universitet əməkdaşlarının Pitesti Universitetinin rektoru, prorektoru və “Erasmus+” üzrə mütəxəssislərlə görüşləri olub. Bu zaman ikili müzakirələrdən sonra növbəti müqavilələr üzrə razılaşmalar əldə edilib.

Məlumat üçün deyək ki, universitetin loqoları, tanıtım jurnalları və tarixi abidələrimizi əks etdirən nəşrlər, eləcə də Naxçıvandan aparılmış duz parçaları Pitesti Universitetinə hədiyyə edilib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.