REGİONLAR


Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir

Naxçıvan, 6 avqust, AZƏRTAC

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin ssenarisinə əsasən birləşmə və tabor qərargahları ilə hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, ərazidə tapşırıqların dəqiqləşdirilməsi, birgə danışıq cədvəllərinin işlənilib hazırlanması kimi tədbirlər həyata keçirilir.

Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə fəaliyyət zamanı idarəetmənin və rabitə əlaqəsinin təşkili üzrə fəaliyyətlər yerinə yetirilir.

Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması ilə bağlı verilmiş qərar və tapşırıqlar Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.