REGİONLAR


Naxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib

Naxçıvan, 9 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 9 millimetrlik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 72 hərbi qulluqçudan ibarət 24 komanda iştirak edib.

Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüblər.

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb.

Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman və diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.