REGİONLAR
Naxçıvanda keçirilən qanvermə aksiyasında 10 litrə yaxın qan toplanılıb
Naxçıvan, 21 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası təşkil olunub.
Komitədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitə və nazirlik əməkdaşları - könüllü donorlar qanvermədən əvvəl tibbi müayinədən keçirilib, donorlardan qan nümunələri götürülüb, infeksion xəstəliklərə qarşı yoxlama aparılıb. Hemofiliyalı və talassemiyalı uşaqlara köçürülmək üçün, ümumilikdə, 10 litrə yaxın qan toplanılıb.
Qeyd edək ki, qanvermə aksiyasının keçirilməsində əsas məqsəd muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]