REGİONLAR


Naxçıvanda qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla reallaşdırılır

Naxçıvan, 30 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərində prioritet yer tutan qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri bu ilin birinci yarımili ərzində də uğurla həyata keçirilib. Belə ki, muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 80 əcnəbi aşkarlanıb. Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş bir əcnəbi öz ərizəsi əsasında könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasında məlumat verilib.

İclasda Xidmətin rəisi Şahin Nəbiyev məruzə ilə çıxış edərək bildirib ki, hesabat dövründə əcnəbilərin olduqları yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 1930 müraciət daxil olub. Həmin müraciətlərdən 1233-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub. Müraciətlərin hər biri xidmət tərəfindən dəqiq və operativ qaydada cavablandırılıb.

Şahin Nəbiyev deyib: “Cari ilin ötən dövründə xidmətə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 405, daimi yaşamaq üçün icazənin verilməsi ilə əlaqədar 9, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi üçün 5, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 133, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 100 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib”.

Fərəhli haldır ki, bu gün muxtar respublikanın mövcud sosial-iqtisadi inkişafı sayəsində burada yaşamaq, işləmək, təhsil almaq, o cümlədən ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı hər ötən il artan dinamika ilə inkişaf edir, – deyən Şahin Nəbiyev reallaşdırılan çoxşaxəli, uğurlu siyasətin respublikanı tərk edib digər ölkələrə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtmasına çox ciddi təsir etdiyini vurğulayıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, birinci yarımil ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 2 müraciət daxil olub. Həmin müraciətlər hazırda icra mərhələsindədir.

Bildirilib ki, muxtar respublika ərazisində müvəqqəti olan və yaşayan, habelə məcburi dayanma ilə bağlı əcnəbilərin olma və yaşamalarının leqallaşdırılması üçün xidmət tərəfindən bir sıra ciddi addımlar atılıb və onların ölkədə olmaları qanuniləşdirilib. Bu səbəbdən hesabat dövründə 223 əcnəbinin müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikasında müvəqqətiolma müddəti uzadılıb. Həmin müraciətlər əcnəbilərin təhlükəsizliyi baxımından həyata keçirilən bu tədbirlərin, dövlət tərəfindən onlara göstərilən humanist mahiyyətin nəticəsidir.

İclas məruzə ətrafında çıxışlarla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.