Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda uşaq hüquqlarının təmin olunması istiqamətində tədbirlər uğurla davam etdirilir - İCMAL

Naxçıvan, 25 fevral, AZƏRTAC

Muxtar respublikada yaşayan uşaqlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Onların qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi ötən il də diqqət mərkəzində saxlanılıb və bir sıra tədbirlər görülüb.

Sağlamlıq imkanları məhdud uşaqlar təhsilə cəlb edilirlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətdə saxlanılıb, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması məqsədilə ardıcıl işlər görülüb. Sağlamlıq imkanları məhdud uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediliblər.

Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 58, distant tədrisin birinci sinfinə 12, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 3, məktəbdənkənar müəssisələrin dərnəklərinə 119, şahmat məktəblərinə 60, idman məktəblərinə 162, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 7 və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 102 sağlamlıq imkanları məhdud uşaq cəlb olunub. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər aparılıb, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçirilib.

Sağlamlıq imkanları məhdud 193 uşağa evlərində səyyar kitabxana xidməti göstərilib

Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1063, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 9, Distant Tədris Mərkəzində 20, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 75, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında 21 uşaq təhsil, 6 uşaq isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində təlim-tərbiyə alır.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 38 uşağın təhsil aldığı art terapiya kursları təşkil edilib, kinect oyun otağında təşkil edilmiş məşğələlərə 42, musiqi terapiyasına 39, psixoloji dəstək xidmətinə 43, təlim bərpa otağına isə 12 diqqət zəifliyi olan və hiperaktiv uşaqlar cəlb edilib. Mərkəzdə audiokitabxana fondunun zənginləşdirilməsi məqsədilə il ərzində fonda 17 əsər verilib. Hazırda audiokitabxana fondunda 1463, elektron kitabxana fondunda 873, brayl kitabxana fondunda isə 875 kitab mövcuddur. Həmçinin uşaq kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən sağlamlıq imkanları məhdud uşağa 193 evlərində səyyar kitabxana xidməti göstərilib.

Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində kitaba marağın artırılması məqsədilə 102 dəfə “Nağıl günü” keçirilib, 438 audionağıl hazırlanıb. Bundan əlavə uşaqlara 12 bədii film göstərilib, həmçinin uşaqların tətil günlərində muzeylərə 41 ekskursiyası təşkil edilib ki, bunlardan da 7-si onlayn qaydada olub.

Sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınaraq 2 uşaq peşə məktəblərinə cəlb edilib, ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbinə uyğun fəaliyyət göstərən peşə ixtisas kursları haqqında məlumat verilib. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 11 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 18 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olub.

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi reabilitasiyası diqqət mərkəzindədir

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi reabilitasiyası istiqamətində bir sıra tədbirlər görülüb. Belə ki, 2020-ci il ərzində sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 4 min 163 uşağa müavinətlər ödənilib, müvafiq kateqoriyadan olan uşaqlar texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilib, onlara protez-ortopedik xidmətlər göstərilib, 29 nəfərə velo-araba və köməkçi reabilitasiya vasitələri verilib. Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 173 uşağın müalicəsinə köməklik göstərilib.

Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə onlar arasında intellektual oyunlar, idman yarışları, rəsm müsabiqələri keçirilib, film və tamaşalar nümayiş olunub, müvafiq kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilib. Keçirilən müsabiqə və tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqlara 70 hədiyyə, 51 diplom və 103 fəxri fərman verilib.

Bundan əlavə, 15 Sentyabr - Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 450-dən çox uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimləri ilə təmin olunublar.

Hesabat dövründə bir uşaq övladlığa, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 12 uşaq isə qəyyumluq və ya himayəyə verilib, valideyn himayəsindən məhrum olmuş uşaqların evlərində monitorinqlər təşkil olunub, yaşayış şəraitləri öyrənilib, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilib. Bundan əlavə muxtar respublikada yaşayan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşaq ali məktəbə qəbul olub.

Dövri monitorinqlər keçirilir, maarifləndirmə və təbliğat işi aparılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 12 uşaq müəssisəsində dövri monitorinq keçirilib. Məqsəd həmin müəssisələrdə uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınmasıdır.

2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 8 min 403 uşaq haqqında fərdi məlumatlar daxil edilib, bankdakı uşaqların sayı 32 min 766 nəfərə çatıb.

Hesabat dövrü ərzində muxtar respublikanın aid dövlət orqanları tərəfindən əlamətdar günlərdə uşaqlar üçün bayram tədbirləri, 39 sərgi təşkil edilib, 17 şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib. Müsabiqədə qaliblərə və iştirakçılara 168 diplom və 228 hədiyyə verilib.

Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar tədbirlər görülüb, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 710 reyd yoxlaması keçirilib, müxtəlif mövzularda 222 dəfə görüşlər təşkil edilib.

Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılıb.

Muxtar respublikada ötən il uşaqların sayı 165 min 228 nəfər olub

2020-ci il ərzində 4 min 624 uşaq doğulub və muxtar respublikada uşaqların sayı 165 min 228 olub. Bu da 2019-cu illə müqayisədə 682 uşaq çoxdur. Muxtar respublikanın tibb müəssisələrində doğulan 3 min 560 uşağa 12 saat ərzində Hepatit B, 3547 uşağa 7 gün müddətində BSJ peyvəndləri vurulub, 17 min 939 uşağa poliomielit peyvəndi damcı şəklində, 10 min 886 uşağa pentavaksin (Hib) peyvəndi verilib. Həmçinin 29 min 681 uşağa digər peyvəndlər vurulub.

Uşaqların icbari dispanserizasiyasının təmin edilməsi məqsədilə 45 min 974 nəfər müayinə olunub

Ötən il yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində səhiyyə xidməti və icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilib. Uşaqların icbari dispanserizasiyasının təmini məqsədilə 45 min 974 nəfər müayinə olunub, onlardan 9 min 252 nəfəri dispanser nəzarətə götürülüb. Dispanser nəzarətə alınmış 307 uşağın müvafiq ixtisaslı həkimlər tərəfindən xəstəliklərinə uyğun tibbi müayinəsi aparılıb.

Yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri arasında sanitariya-gigiyena biliklərinin yayılmasının, habelə sağlam həyat tərzinin təbliğinin təşkili məqsədilə müvafiq işlər görülüb. Belə ki, uşaqlar və valideynlər arasında sağlam həyat tərzi, xəstəliklərin risk amilləri və xəstəliklərin erkən simptomları, şəxsi gigiyena qaydalarının təlimata uyğun aparılması üzrə maarifləndirmə materialları hazırlanıb, bütün tibb müəssisələrinə, uşaqlara və valideynlərə paylanılıb, maarifləndirmə işinin məktəblərdə təbliğ olunması təşkil edilib. Həmçinin elektron sağlamlıq kartlarının verilməsi işi davam etdirilib, ötən dövr ərzində 617 elektron kart alınıb valideynlərə paylanılıb.

Tibbi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar tərəfindən uşaqlara göstərdiyi tibbi xidmətin keyfiyyətinə, həmin sahədə tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti həyata keçirilib və tibb müəssisələrində fəaliyyət göstərən səhiyyə işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün 109 tibb işçisi təcrübə kurslarına göndərilib.

Təhsil uğurları artır

2020-2021-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52 min 286 şagird təhsil alır ki, bunlardan da 25 min 489-u qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində 2 min 657 qız olmaqla, 5 min 243 şagird təhsil alır. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1698-i ali təhsil müəssisələrinə, 683-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olub və ali məktəblərə qəbul olunan 275 nəfəri 500-700 arası bal toplayıb ki, bunlardan da 165 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 182 nəfəri isə ali hərbi məktəbə daxil olub.

2019-2020-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 17-si qızıl, 17-si gümüş medala, 34 nəfər isə fərqlənmə attestatına layiq görülüb. Medallara və fərqlənmə attestatına layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğruldub, qəbul imtahanlarında 22 nəfər 500-600, 39 nəfər isə 600-700 arası bal toplayıb, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb.

İstedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin keyfiyyətinin yüksəldilməsi məqsədilə sınaq-test imtahanlarının, müxtəlif bilik yarışlarının və fənn olimpiadalarının keçirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən il ərzində keçirilən Azərbaycan Respublika Fənn olimpiadalarında 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc medal olmaqla, 24 şagird, keçirilən muxtar respublika fənn olimpiadalarında isə 11-i I yer, 11-i II yer, 20-si isə III yer olmaqla, 42 şagird qalib olub. Bundan əlavə muxtar respublikada ilk dəfə olaraq Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib, ölkə üzrə ən yüksək nəticə göstərmiş 3 şagird xüsusi sertifikata layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2020-ci il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 1156 saat nümunəvi dərs tədris olunub. Bundan əlavə il ərzində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə 55 açıq dərs keçirilib.

Elektron təhsil müsbət nəticələrini verir

Ali Məclis Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq uşaqların yüksək təhsilə və informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri istiqamətində bir sıra mühüm işlər görülüb. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 31 interaktiv dərs keçilib, 650-dən çox elektron lövhədən istifadə etməklə şagirdlərə müxtəlif fənlər tədris edilib, 90 faizdən yuxarı internetə qoşulmaqla 9 şagird 1 kompüter dəstindən yararlanıb. Bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradır.

Həmçinin uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Şərur və Culfa rayon məktəbdənkənar müəssisələrində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər fəaliyyətə başlayıb.

Muxtar respublikada uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb, uşaqlar arasında 5 birincilik, 2 beynəlxalq turnir, 2 turnir, 2 yoldaşlıq görüşü, 2 çempionat, 12 intellektual oyun keçirilib. Yarışlarda 977, intellektual oyunlarda isə 500 uşaq iştirak edib.

Uşaq və gənclərin intellektual səviyyələri,yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir

Bu gün muxtar respublikada 25 min 497 uşaq idmanla məşğul olur ki, bunlardan da 7 min 980 nəfəri qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə edib, Azərbaycan birinciliyində, Azərbaycan çempionatlarında, beynəlxalq və açıq turnirlərdə 12-si I yer, 6-sı II yer, 18-i III yer olmaqla, 36 yer qazanıblar.

Ötən tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 676 nəfər bitirib ki, bunlardan da 52-si fərqlənmə şəhadətnaməsi alıb, 2020-2021-ci tədris ilində isə müvafiq məktəblərə müxtəlif ixtisaslar üzrə 935 şagird qəbul olub. Muxtar respublikanın ixtisaslı müəllimləri tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə 10 metodiki kurs, 17 ustad dərs, onlayn qaydada isə 3 metodiki kurs və 4 ustad dərs, eləcə də rayon, şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 13 min 940 dərs keçilib.

Cari ildə də muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində profilaktiki fəaliyyətini gücləndirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar