Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı tədbir keçirib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov YAP-ın ötən 27 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib. Bildirib ki, YAP yarandığı gündən çox böyük uğurlara imza atmış, xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərmiş və bu gün də göstərməkdədir. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyin və milli həmrəyliyin yaranması, ölkəmizin davamlı tərəqqi yoluna çıxarılması və dinamik inkişafı və Azərbaycanın regionun lider dövləti olaraq dünyadakı mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə öz töhfəsini verib. Müasir Azərbaycan dövlətinin yaradılması, yenidən əldə olunmuş müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi Ümummilli Liderimizin XX əsrdə xalqımız qarşısında həyata keçirdiyi müqayisəsiz xidmətləridir. Ümummilli lider Heydər Əliyev bu missiyanı yerinə yetirərkən, yeganə qüvvə kimi xalqımızın ona olan tükənməz ümidinə və sonsuz məhəbbətinə arxalanmışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev lideri olduğu bu Partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmət etməyin əsl nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.

Bəxtiyar Əsgərov qeyd edib ki, Azərbaycanı ciddi təhlükələrdən çıxarmaq üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının ümummilli lider Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətin “Səs” qəzetində dərc olunması Yeni Azərbaycan Partiyasının təşkili istiqamətində ilk tarixi addım hesab edilə bilər. Ulu Öndərin sözügedən müraciətə cavabında ölkəmizin qarşısında duran təxirəsalınmaz vəzifələri müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini ifadə etməsi və onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bəyan etməsi o dövrdə bir çox cavabsız suallar önündə çırpınan, lakin müdrikliyini heç vaxt itirməyən Azərbaycan xalqında sabaha ümid yaratmışdır. Böyük dövlət xadiminin sadə xalq kütlələrində, xüsusilə böyük ruh yüksəkliyi yaradan bu cavabı həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan səbatsız, yarıtmaz qüvvələr tərəfindən qısqanclıqla qarşılandı. Odur ki, xalqın yekdilliklə tələb etdiyi dünya liderinin də təmsil olunduğu yeni bir siyasi təsisatın müstəqil Azərbaycanda yaranmasına əngəl yaratmaq istəyirdilər. Lakin Ümummilli Liderin hakimiyyətə qayıdışı artıq qarşısıalınmaz, dönməz tarixi zərurət və yekdil sosial sifariş idi. Ozamankı uğursuz və qorxaq iqtidarın gücü yalnız Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa çatdı. 1992-ci il noyabr ayının 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin bütün bölgələrindən, cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransının keçirilməsi baş tutdu. Konfransda dahi rəhbər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi, təşkilatın Nizamnaməsi və Proqramı qəbul edildi. Yeni Azərbaycan Partiyasının yaradılmasının əsas məramına diqqəti cəlb edən Ulu Öndər sonralar bu barədə demişdir: “Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə, ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır. Bizim partiya xalqı birləşdirmək, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədilə yaranıb. Mən məmnunam ki, 1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız və qəbul etdiyimiz proqram bu gün də öz aktuallığını saxlayır”.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvə kimi meydana çıxdı və 1993-cü il oktyabrın 3-də ulu öndər Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə hakim partiyaya çevrildi. Bu, Ulu Öndərin təbirincə desək, “dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasına xalqın böyük ümidinin, inamının real təzahürü idi. Yarandığı günlərdə sıralarında cəmi 550 üzvü olan Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 700 mindən çox insanı birləşdirir. Bu isə xalqımızın doğma Partiyamıza olan inamından irəli gəlir. Birmənalı şəkildə qeyd edə bilərik ki, bugünkü qüdrətli müasir müstəqil Azərbaycanın varlığı Ulu Öndərin adı ilə birbaşa bağlıdır. Konstitusiya Aktının qəbulu, zəngin qanunvericilik bazasının formalaşdırılması da ümummilli lider Heydər Əliyevin cəsarəti və səriştəsi sayəsində mümkün olub. Bu gün yüz illərlə dövlətçilik təcrübəsi olan ölkələr Azərbaycanda yaradılan xidmət sahələrini, dövlətçilik institutlarını nümunə göstərirlər, qısa müddət ərzində həyata keçirilən irimiqyaslı layihələri, davamlı vətəndaş cəmiyyəti qurmaq prosesini təqdir edirlər.

Bəxtiyar Əsgərov əlavə etdi ki, bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri də partiyanın təməl prinsipləridir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.

Bildirilib ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevdən sonra ölkəmizə rəhbərlik etdiyi son 16 illik hakimiyyəti dövründə bütün sahələrdə əldə olunmuş nailiyyətlər bizə onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə qədər qarşısına qoyduğu məqsədə çatmış və bununla kifayətlənməmiş, vətənimizin uğurlu gələcəyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qisa zamanda, xalqımızın mənafeyinə uyğun həlli, suverenliyimizin bərpası naminə ulu öndər Heydər Əliyevin arzularını bir-bir gerçəkləşdirmək əzmində olan nəhəng, monolit və dünyəvi siyasi təşkilatdır.

“Bu gün ümumbəşəri dəyərlərin daşıyıcısı olan Yeni Azərbaycan Partiyası bir tərəfdən beynəlxalq aləmdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqunun tərəfdarı kimi çıxış edirsə, digər tərəfdən ölkəmizdə milli birliyin möhkəmləndirilməsi, Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar həm partiyanın dünyanın tanınmış siyasi təşkilatları arasında nüfuzunu yüksəldir, həm də Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, siyasi qüdrətini, çəkisini daha da artırır”, - deyə Bəxtiyar Əsgərov qeyd edib.

Nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, uzun illərdən bəri blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında böyük çətinliklər hesabına yaranmış Yeni Azərbaycan Partiyası hazırda ölkəmizin və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının sürətli və davamlı inkişafının əsas təminatçısıdır. O deyib: “Bu gün Naxçıvan Muxtar Respublikasında görkəmli dövlət xadimi Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, insanların firavanlığı naminə quruculuq, abadlıq işlərinin vüsət alması, infrastrukturun yenilənməsi, beynəlxalq-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, turizmin inkişafı, elmi potensialın, mədəniyyətin, təhsilin səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı və sənaye istehsalının artırılması, ixracın təşviqi, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi abidələrin bərpası, bir sözlə, milli dövlətçiliyin qorunması və s. Yeni Azərbaycan Partiyasının əsas prinsiplərinin təkcə bu gözəl diyarda hansı miqyasda həyata keçirildiyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının qurucularından biri, ictimai-siyasi xadim, dövlət xadimi Vasif Talıbovun dediyi kimi, “Müasir şəraitdə partiya üzvlərimizin qarşısında mühüm vəzifələr dayanır. “Sağlam cəmiyyət – güclü dövlət” sistemi üzrə doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməyimizlə doğrultmalıyıq. Bizim məsuliyyətimiz – bizim vəzifəmizdir. Vəzifə – partiya quruculuğunda və hər birimizin konkret fəaliyyət sahələrində işə yaradıcı yanaşmaqdan, dəqiq, dürüst olmaqdan, ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi kimi işləməkdən və ölkəmizi onun görmək istədiyi kimi qurub-yaratmaqdan ibarətdir”.

Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın ildönümləri təntənəli şəkildə yüksək əhval-ruhiyyə, şövqlə qeyd edilir. 2019-cu ildə də Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi ərəfəsində Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı, onun İcra Katibliyi şəhər və rayon təşkilatlarımızla birlikdə tutumlu, yaddaqalan siyasi-ideoloji tədbirlər keçirir, dəyirmi masalar təşkil edir. Hər il keçirilən tədbirlərdə gənclərin daha çox fəallıq nümayiş etdirməsi, onların sevgi ilə bu partiyaya üzv yazılmaları xalqımızın xoşbəxt gələcəyinə ümidləri artırır. Bu həm də onu göstərir ki, gənc nəsillər Heydər Əliyevin qurucusu olduğu bu siyasi partiyanın hələ uzun-uzun illər vətənimiz Azərbaycanın hakimiyyətini təmsil edərək, əlçatmaz nailiyyətlərə imza atacağına ürəkdən inanır.”

Tədbir digər çıxışlarla davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir