İDMAN
Nazim Babayev gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb
Bakı, 15 iyul, AZƏRTAC
İyunun 14-də Nazim Babayev İsveçin Qalve şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında üç təkanla tullanmada gümüş medal qazanıb.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda üç təkanla N.Babayev 17.03 metr uzununa tullanıb və nəticədə ikinci olub. Çempionatda qızıl medalı Türkiyə atleti Necati Ər qazanıb (17.37 m).
Xatırladaq ki, N.Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadada üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə qalib olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. N.Babayev birinci dəfə Çinin Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]