CƏMİYYƏT
Nazir Fərid Qayıbov Mingəçevirdə yay düşərgəsinin iştirakçıları ilə görüşüb
Bakı, 10 iyun , AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov “Gənclər paytaxtı” Mingəçevirdə "Gənclərin sosial şəbəkə akademiyası" yay düşərgəsinin iştirakçıları ilə görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, görüşdə gənclər sosial şəbəkələrdə faydalı kontentin yaradılması və gənclərin sosial media savadlılığının artırılması istiqamətlərində təşəbbüs və fikirlərini səsləndiriblər. Gəncləri dinləyən nazir Fərid Qayıbov onların fəaliyyətləri, təklif və arzuları ilə maraqlanıb, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.
Qeyd edək ki, iyunun 13-dək Mingəçevirdə davam edəcək yay düşərgəsi Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Düşərgə 18 regiondan 100-ə yaxın fəal sosial şəbəkə istifadəçisini əhatə edir.