CƏMİYYƏT
Nazir müavini Gəncədə şəhid Üzeyir Əliyevin ailəsini ziyarət edib
Bakı, 15 oktyabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Əliyev Üzeyir Sabir oğlunun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Gəncə şəhərində yaşayan ailə ilə görüşdə şəhid Ü.Əliyevin xatirəsi yad edilib, bütün şəhidlərimizin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu diqqətə çatdırılıb, bu tədbirlər barədə məlumat verilib.
Şəhid Ü.Əliyevin ailəsinə də sosial ödəniş təyinatı aparıldığı, şəhidin atası Sabir Əliyevin ödənişli ictimai işlər proqramına cəlb olunduğu qeyd edilib. Şəhidin anası Fəridə Əliyevanın isə özünüməşğulluq proqramına cəlb edilərək proqramın dəstəyi ilə onun üçün kiçik təsərrüfat yaradılmasının nəzərdə tutulduğu bildirilib.
Ailənin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı vurğulanıb.