DÜNYA
Nazir müavini: “Gürcüstanda koronavirus endemik yayılmaya keçir”
Tbilisi, 17 mart, AZƏRTAC
“Gürcüstanda koronavirus pandemik yayılmadan endemik yayılmaya keçir. Bunu artıq bütün əlamətlərdən görmək olur”.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bu gün keçirdiyi brifinqdə söyləyib.
Nazir müavini deyib: “Gürcüstanda epidemioloji vəziyyət sürətli templərlə normallaşır. Bunu bütün göstəricilər təsdiq edir. Ona görə də hesab edirik ki, infeksiyanın yayılması pandemik deyil, daha lokal olacaq”.
“Lakin bu, o demək deyil ki, vəziyyət diqqətdən kənarda qalmalıdır. Qoruyucu maskadan imtina etmək hələ olmaz”, - deyə, T.Qabunia vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusun ilk qeydə alındığı 2020-ci il fevralın 26-dan bu günədək 1 639 678 nəfər virusa yoluxub. Onların da 1 564 011-i müalicə olunaraq sağalıb, 16 612-si isə pandemiyanın qurbanı olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi