İQTİSADİYYAT


Nazirlik rəsmisi: Vergiödəyicilərin müraciətlərinə diqqətlə yanaşılır

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycanda vergiödəyicilərinə xidmət göstərilməsi sahəsində beynəlxalq standartlara uyğun hər cür şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin vergiödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, beynəlxalq standartlara əsasən, sahibkarın üzləşdiyi çətinlik ilk müraciətlə həll oluna bilər: “Azərbaycanda da sahibkarlar üçün belə şərait mövcuddur. Əgər vergiödəyicisi ikinci dəfə müraciət edibsə, deməli, vergi orqanı ilə sahibkar arasındakı əlaqədə hansısa problem var. Sahibkarın təkrar müraciət etməsi o deməkdir ki, ya biz vergiödəyicisini düzgün başa salmamışıq, ya da o, vergi orqanlarının izahatlarını lazımi səviyyədə anlaya bilməyib. Ona görə də vergi orqanlarına göstərilən xidmətlər zamanı bu məsələlərə xüsusi diqqət yetirilir ki, sahibkarın təkrar müraciətinə ehtiyac qalmasın”.

E.Məmmədov vergi xidməti orqanlarının məlumat bazasında hər bir sahibkarın vergi orqanları ilə ünsiyyət və dialoq tarixçəsinə dair bütün informasiyaların toplandığını deyib: “Bu göstərici əsasında biz təkrar müraciətləri də qiymətləndirə bilirik. Yəni həmin vergiödəyicisinin eyni məsələ ilə bağlı ikinci dəfə müraciət etməsinin səbəbini öyrənirik. Vergilər Nazirliyinin Çağrı mərkəzinə daxil olan bütün zənglər qeydiyyata alınır və danışıqlar yazılır. Sonradan bütün müraciətlər təhlil olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.