ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Kürdəmir ərazisində nar bağlarına baxış keçiriblər

Bakı, 17 avqust, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) bir qrup alimi Kürdəmir rayonu ərazisində salınan nar bağı sahələrində olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, sahələrə baxış zamanı NKPİ-nin əməkdaşları tərəfindən hazırlanan yeni gübrə və boy maddələrinin nar bağında istifadəsi barədə mütəxəssislərlə müzakirələr aparılıb. Həmin maddələrin məhsuldarlığın inkişafına göstərəcəyi yüksək təsir xüsusi qeyd edilib.

Sonda hər iki tərəfi maraqlandıran məsələlər barədə NKPİ-nin direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Vaqif Tağıyev, “MARS FK” firmasının direktoru Fərhad Qaraşov birgə fəaliyyət barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Neft-Kimya Prosesləri İnstitutu bu yaxınlarda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.