İQTİSADİYYAT
Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
Bakı, 8 dekabr, Nihad Budaqov, AZƏRTAC
Neft istehsalının azaldılması üzrə saziş çərçivəsində İran, Liviya və Venesuelaya güzəşt tətbiq olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.
O bildirib ki, kartelə üzv bəzi ölkələrə neft hasilatının azaldılmasına dair saziş çərçivəsində güzəşt tətbiq edilib: “ABŞ-ın sanksiyaları ilə əlaqədar İrana, eləcə də Liviya və Venesuelaya güzəştə gedilib”.
Ötən gün OPEC və OPEC+ üzrə neft istehsalının sutkada 1,2 milyon barrel azaldılmasına qərar verilib. Gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə OPEC üzrə sutkalıq neft hasilatı 800 min barrel, qeyri-OPEC ölkələri üzrə isə gündəlik 400 min barrel azaldılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]