İQTİSADİYYAT
Neft-qaz sektoruna 937,5 milyon manat yönəldilib
Bakı, 29 mart, AZƏRTAC
Yanvar-fevral aylarında neft-qaz sektoruna 937,5 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 27,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda neft-qaz sektorunda 5 milyard 23,8 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 1,3 faiz geriləyib. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 2,1 faiz azalıb.
Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda istehsal edilib. Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri indeksi yanvarla müqayisədə 91,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 89 faiz olub.
Fevralın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34,7 min nəfər çalışıb. Yanvarda neft-qaz sektorunda nominal əməkhaqqı isə 3407 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]