İQTİSADİYYAT


Neft-qaz sənayesinin istixana qazı tullantılarını azaltmaq çağırışlarına cavab verməməsi şirkətlərin mənfəətinə mənfi təsir göstərir

Bakı, 20 yanvar, AZƏRTAC

Dünyada iqlim dəyişikliyinə qarşı mübarizə səyləri artsa da, qlobal neft-qaz sektorunun enerji transformasiyasını 2030-cu ilədək təxirə salması və karbon emissiyalarının azaldılmaması nəticəsində 1,2 trilyon dollarlıq investisiyanın boşa gedəcəyi proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) Dünya İqtisadi Forumu (WEF) ilə birgə hazırladığı “Enerji transformasiyasında neft və qaz sənayesi” adlı hesabatda deyilir.

Hesabatda bildirilir: “Dünyada təmiz enerjiyə keçid üçün sürətli transformasiya baş verir. Neft və qaz sənayesinin istixana qazı tullantılarını azaltmaq çağırışlarına cavab verməməsi şirkətlərin uzunmüddətli mənfəət hədəflərinə mənfi təsir göstərir. Neft-qaz sənayesinin daha çox bərpaolunan enerji mənbələrinə investisiya qoyacağı və aşağı karbonlu texnologiyalara sərmayələrini sürətləndirəcəyi gözlənilir. Artan elektrikləşdirmə, ənənəvi ehtiyatlara tələbatın azalması və təmiz texnologiyalardan daha çox istifadə fonunda neft və qaz şirkətlərinin enerji tranformasiyası prosesinə sürətlə ayaqlaşması vacibdir”.

Belə ki, əgər enerji tranformasiyası 2025-ci ilədək təxirə salınarsa sözügedən şirkətlərin 950 milyard dollarlıq, 2030-cu ilədək təxirə salınarsa isə 1,2 trilyon dollarlıq investisiyası boşa gedəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.