Neftçalada 31 Mart soyqırımına həsr olunan sərgi açılıb
AzerTAg.az

Neftçala, 31 mart, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 105-ci ildönümü qeyd edilib. Soyqırımı qurbanlarının xatirəsi anılıb.
Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə 1918-ci ildə şəhid olan türk əsgərlərinin şərəfinə ucaldılan abidə kompleksi və bu gün doğum günü olan şəhid İbrahim Mənəfovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
Tədbir iştirakçıları 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan rəsm sərgisinə baxış keçiriblər. Sərgidə soyqırımının dəhşətləri, ağrı-acısı rəsmlərin dili ilə çatdırılıb.
Xəbərin mətnində orfoqrafik səhv var