REGİONLAR


Neftçalada cari ilin doqquz ayı ərzində süni mayalanma yolu ilə 1842 baş buzov alınıb

Neftçala, 25 sentyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalına və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və bu ilin 9 ayı ərzində bu məntəqələrin mütəxəssisləri tərəfindən ötən il mayalanma aparılmış 3035 baş inək və düyədən 1842 baş buzov alınıb. Hər 100 baş inəyə 61 baş bala düşür. Doğulan buzovlara görə maldarlara ümumilikdə 184 min 200 manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda Neftçalanın heyvandarlıq təsərrüfatlarında 42 min 800 başdan çox iribuynuzlu mal-qara saxlanılır. Bunun da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış məhsuldar heyvanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.