İDMAN
“Neftçi” klubu Antalyada təlim-məşq toplanışına start verib
Bakı, 6 yanvar, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışına start verib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, komanda bu gün iki məşqə çıxıb. Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub. Üç futbolçu - yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voislav Stankoviç və Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, komandamız qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]