İDMAN


“Neftçi” və “Speranta” komandalarının start heyətləri məlum olub

Bakı, 11 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 11-də Moldovada keçiriləcək “Neftçi”- “Speranta” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Kişineudakı “Zimbru” stadionunda baş tutacaq görüşdə paytaxt təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivotsyuk, Kiril Petrov, Ömər Buludov, Mamadu Kane, Emin Mahmudov, Vangelis Platellas, Stiven-Jozef Monroz, Rauf Əliyev və Dario Frederiko yer alıblar.

“Speranta”nın heyətində isə meydana Daniel Avdyuşkin, Maaquera Mendoza, Mixail Bolun, Nogueira Barbosa, Ponce Ramirez, Ambasso Eloundou, Fula Perea, İçaka Tiehi, Şetefan Efros, Maksim Yurku və Alişer Mirzoyev çıxacaqlar.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. Qarşılaşmada UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna) olacaq.

Cavab matçı bir həftə sonra Bakıda oynanılacaq.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı bu mərhələni adlayacağı təqdirdə avroliqanın debütantı “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.