İDMAN


“Neftçi”nin yarımmüdafiəçisi Haiti milli komandasına dəvət olunub

Bakı, 23 avqust, AZƏRTAC

Bakının “Neftçi” klubunun futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub.

Klubdan AZƏRTAC-a bildiriblər ki, 29 yaşlı yarımmüdafiəçi Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) Milli Liqası çərçivəsində sentyabrın 7-də və 10-da Kurakao yığması ilə keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Soni Mustivar Haiti milli komandasının heyətində 16 oyun keçirib və 2 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.