İQTİSADİYYAT
Neftin qiyməti keçən həftə iyuldan indiyədək ən böyük həftəlik itkisini göstərib
Bakı, 13 yanvar, AZƏRTAC
Ötən həftə dünya birjalarında neftin qiyməti iyul ayından bəri ən böyük həftəlik itkisini göstərib.
AZƏRTAC xəbər verir ki, buna səbəb ABŞ-İran gərginliyi və Yaxın Şərqdəki proseslərdir. Lakin cari həftə gərginliyin azalması fonunda qiymətdə sabitlik yaranıb. Belə ki, bazar Körfəzdə tədarük çatışmazlığı ehtimalına elə də böyük əhəmiyyət verməyib və “qara qızıl”ın qiyməti dekabr ayının orta göstəricisinə qayıdıb. Geosiyasi risklər isə ABŞ-da şist nefti hasilatının artması və Braziliya, Qayana və Norveç kimi OPEC-ə üzv olmayan ölkələrdən tədarükün çoxalması ilə kölgədə qaldı. ABŞ və Çin ticarət sazişi imzalamağa hazırlaşır və bu, tələbatla bağlı bazar gözləntilərinin yaxşılaşmasına səbəb olacaq.
Qeyd edək ki, “Brent” markalı neftin bir barreli hazırda Londonun ICE birjasında 64,99 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,09 dollara satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]