İQTİSADİYYAT


Neftin qiyməti maydan indiyədək ən böyük həftəlik itkisinə yönəlib

Bakı, 5 iyul, AZƏRTAC

Dünya birjalarında neftin qiyməti may ayından bu vaxtadək ən böyük ilk həftəlik itkisinə yönəlib.

AZƏRTAC xəbər verir ki, buna səbəb qlobal iqtisadi narahatlıqların OPEC-in hasilatı azaltmaqla bağlı qərarını üstələməsidir. Belə ki, neftin qiyməti qlobal tələbatla bağlı gözləntilərin OPEC və tərəfdaşlarının neft hasilatının azaldılmasına dair sazişin müddətini 2020-ci ilin birinci rübünün sonunadək uzatması qərarını, eləcə də İranla əlaqədar artan anlaşılmazlıqların tədarük axınlarını təhdid edəcəyi ilə bağlı narahatlıqlar fonunda ucuzlaşır.

Qeyd edək ki, birjalar son 4 ildə ilk dəfə OPEC-in qərarına ən pis reaksiyanı verib. Belə ki, “qara qızıl”ın qiyməti OPEC-in qərarından sonra kəskin ucuzlaşıb və hazırda bu itkilərin bərpası davam edir.

Hazırda “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 63,50 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 56,76 dollara satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.