İDMAN


Nəriman Quliyev: Əminəm ki, karateçilərimiz onlara bəslənilən ümidləri doğruldacaqlar

Bakı, 20 yanvar, Leyla Qurbanova, AZƏRTAC

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpaçay Open” beynəlxalq turnirində artıq üçüncü ildir iştirak edirik. 2018-ci ildə 12 idmançımız bu yarışda mübarizə aparıb və komandamız yekun nəticəyə görə, 1 qızıl, 3 bürünc medal əldə edib. Bu il isə müxtəlif yaş qruplarında kata və kumite üzrə yarışlarda 30 idmançımız iştirak edir ki, onların da 10 nəfərini qızlar təşkil edir. Sevindirici haldır ki, oğlanlarımızla yanaşı, qızlarımız da bu yarışda böyük uğur qazanıblar. Turnir davam edir. Əminəm ki, karateçilərimiz onlara bəslənilən ümidləri doğruldacaqlar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev Bakı İdman Sarayında keçirilən “Arpaçay Open”də yarışlar zamanı deyib. Ənənəvi turnirin yüksək səviyyədə təşkil edildiyini bildirən N.Quliyev vurğulayıb ki, karateçilərin həm yarış təcrübələrini, həm də ustalıqlarını artırmaları baxımından bu turnirin böyük əhəmiyyəti var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.