QAN YADDAŞI


“Nezavisimaya qazeta”: Xocalı Azərbaycan xalqının sağalmaz yarasıdır

Moskva, 26 fevral, AZƏRTAC

“Nezavisimaya qazeta”da Mixail Abayevin “Xocalı Azərbaycan xalqının sağalmaz yarasıdır” sərlövhəli məqaləsi dərc olunub. (http://www.ng.ru/cis/2020-02-26/5_7802_tragedy.html).

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımından danışılan məqalədə qeyd edilir ki, hər il fevralın sonunda bütün dünyada bu faciənin qurbanlarının xatirəsi anılır. Mənasız qırğın nəticəsində yüzlərlə yerli sakinin həlak olduğu kiçik şəhərcik lüzumsuz amansızlığı xatırladan simvola çevrilib.

Müəllif yazır ki, erməni qüvvələri 1991-ci ilin payızında Xocalını mühasirəyə alıblar və bir qədər sonra şəhərə yalnız helikopterlə getmək mümkün olub.

AZƏRTAC xəbər verir ki, məqalədə daha sonra deyilir: “Erməni hərbçiləri iddia edirdilər ki, Stepanakertin yaşayış məhəllələri mütəmadi olaraq Xocalıda olan ağır silahlardan atəşə tutulub, lakin sonrakı hadisələr göstərdi ki, şəhər ələ keçiriləndən sonra orada hər hansı ciddi hərbi texnika tapılmadı...

Artıq 28 ildir ki, Azərbaycan və Azərbaycan xalqının müxtəlif ölkələrdə nümayəndələri diqqəti Xocalı faciəsinə cəlb edir və baş vermiş faciənin soyqırımı aktı kimi tanınmasına müvəffəq olmağa çalışırlar”. Özünə “Bu, düzgündürmü?” sualını verən müəllif cavab verir ki, vəhşiliklərə biganəlik göstərmək, onları unutmağa çağırmaq qüsurlu siyasətdir, axı cinayətlər təhqiq edilməli, cinayətkarlar isə cəzalandırılmalıdır. Bu, ilk növbədə, bəşəriyyətə lazımdır. Yer üzünün bütün insanları əmin olmalıdırlar ki, Xocalı faciəsinə bənzər faciələr təkrarlanmayacaq.

Qeyd edək ki, “Nezavisimaya qazeta”nın materialında AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotolarından istifadə olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.