MƏDƏNİYYƏT


Niderland portalı Azərbaycan mətbəxinin xüsusi ənənələrindən yazıb

Bakı, 23 iyul, AZƏRTAC

Niderland Krallığının https://www.smaack.nl/ adlı portalında "Azərbaycanın kulinariya mədəniyyətinin xüsusi ənənələri" sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakıda anadan olmuş, amma yeniyetmə dövründən Niderlandda yaşayan soydaşımız Əsmər Bəydəmirova-Aşurbəylinin milli mətbəximizin qədim ənənələri və yemək mədəniyyəti haqqında fikirlərinə geniş yer verilib.

Əsmər xanım milli mətbəx və Azərbaycan adət-ənənələri haqqında məlumatları təsis etdiyi https://chinar.eu/ veb-saytında da bölüşdüyünü nəzərə çatdırıb. Müəllif oxucuları sayta daxil olmaqla, Azərbaycan mətbəxinin ənənələri ilə yaxından tanış olmağa çağırıb.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.smaack.nl/post/the-azerbaijani-food-culture?fbclid=IwAR08p5GSRq8e0089s_Gv7F4Giv92Ss0KTtZTOIUJR5vClvwg9fJ27uenDxA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.