MƏDƏNİYYƏT
Niderlandda dahi Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib
Bakı, 14 noyabr, AZƏRTAC
Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və Niderland dillərində nəşr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumat verilib, görkəmli mütəfəkkirin əsərləri yer alıb.
Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək.
Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]