DÜNYA
Nikol Paşinyanın Ermənistanın daxili siyasətini teatr səhnəsinə çevirməsinə az qalıb
Bakı, 26 iyul, AZƏRTAC
Bu gün “Vətəndaş Müqavilə” Partiyasının idarə heyətinin iclasında Yerevanın meri vəzifəsinə namizədlik uğrunda Hayk Marutyan, Srbuhi Ğazaryan, Alen Simonyan və Zaruhi Batoyan arasında gərgin müzakirələr olub. Görüşdə iştirak edən Baş nazir Nikol Paşinyan günün sonunda Yerevanın meri vəzifəsinə namizədin kimliyi ilə bağlı heç bir suala cavab verə bilməyib.
Analitik-icmalçı Ehtiram Aşırlı bu barədə AZƏRTAC-a açıqlamasında bildirib: “Ehtimal olunur ki, N.Paşinyan küçə yürüşləri zamanı ona dəstək olan Hayk Marutyanın namizədliyini irəli sürməyi planlaşdırır. Belə ki, Paşinyan ona dəstək verən inqilab yoldaşlarının hamısına bir-bir vəzifə verməyi nəzərdə tutub. Görünür, növbə Hayk Marutyandadır. Ermənistanda tanınmış aktyor olan Hayk Marutyan indi də artistlik məharətini siyasətə atılaraq göstərmək arzusundadır. Görünür, N.Paşinyan Ermənistanın daxili siyasətini teatr səhnəsinə çevirməyə çalışır”.