Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Nikolay Karasev: Sərgilər sağlam rəqabətli mübarizə və biznesin inkişafı üçün əla vasitədir

Nikolay Karasev: Sərgilər sağlam rəqabətli mübarizə və biznesin inkişafı üçün əla vasitədir

Bakı, 31 avqust, AZƏRTAC

Rusiyanın tanınmış karyera bələdçisi, eksponentlər üçün ixtisaslaşmış tədris vəsaitlərinin müəllifi Nikolay Karasev bu il sentyabrın 7-də Bakıya gələrək “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilati dəstəyi ilə “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli?” mövzusunda seminar keçirəcək. N.Karasev uzun illərdir ki, müxtəlif tədbir təşkilatçılarına konsaltinq (məsləhət) xidmətləri təklif edir və “Sərgi biznesində satış və marketinq. Sərgi tədbirinin iştirakçı və ziyarətçilərini necə cəlb etməli və qorumalı?” adlı kitabın və “Sərgilərdən necə maksimum faydalanmalı?” adlı praktiki tədris vəsaitinin müəllifidir. Nikolay Karasev seminar ərəfəsində AZƏRTAC-ın suallarını cavablandırıb.

- Xahiş edirik özünüz barədə məlumat verəsiniz. Necə oldu ki, siz sərgi sənayesinə gəldiniz və neçə ildir seminarlar təşkil edirsiniz?

- Sərgi sənayesinə gəlişim təbii olub, belə ki, hələ universitetin dördüncü-beşinci kurslarında oxuyarkən, mən əlavə qazanc yeri kimi sərgilərdə vaxtaşırı tərcüməçi işləyirdim. 1999-cu ildə təhsilimi bitirdikdən dərhal sonra sərgi şirkətinə gəldim və 2006-cı ilə qədər təşkilatçılar ilə birlikdə sərgilərlə məşğul olmağa başladım. Bu gözəl təcrübə idi - mən satış üzrə menecerdən tutmuş marketinq üzrə direktora qədər ən müxtəlif vəzifələrdə çalışmışam.

Daha sonra mən “EkspoEffekt” adlı öz sərgi konsaltinq agentliyimi yaratmaq qərarına gəldim və artıq 11 ildən artıqdır ki, eksponentlərin sərgilərdə ən yüksək nəticələrə nail olmalarına kömək edirəm. Mən Rusiyanın 50-dən çox şəhərində və dünyanın 9 ölkəsində açıq və korporativ formatlı praktiki seminar və vebinarlar (onlayn seminarlar), eləcə də treninqlər keçirirəm. Bu illər ərzində tərəfimdən təşkil olunan tədbirlərə 12 000 nəfərdən artıq iştirakçı cəlb olunub.

- Son illər sərgi sənayesində baş verən dəyişikliklər barədə məlumat verəsiniz. Siz rəqəmsal avadanlıqların sərgi sənayesinə təsiri barədə nə düşünürsünüz?

- Mən Bakıya sonuncu dəfə 3 il bundan əvvəl gəlmişəm və 3 il çox qısa müddət olsa da, bu vaxt ərzində bir sıra müsbət dəyişikliklər baş verib. İndi təşkilatçı və eksponentlər təşkilatçılıq proseslərini həm sadələşdirən, həm də asanlaşdıran və sərgilərə daha çox hədəf ziyarətçini cəlb etməyə, eləcə də onlarla sərgiyə qədər, sərgi ərzində və sərgidən sonra daha səmərəli qarşılıqlı fəaliyyəti təmin etməyə imkan verən bir sıra rəqəmsal həll variantı və xidmətlərindən istifadə edə bilərlər.

Biz seminarda iştirakçıların sərgi əsnasında işgüzar tapşırıqların həlli ilə yanaşı, vaxt və resurslara qənaət etmələri və iştirakın səmərəliliyini artırmaları üçün istifadə edə biləcəkləri yeni rəqəmsal alət və texnologiyaları diqqətlə nəzərdən keçiririk.

- Sizin seminar və treninqləri unikal edən nədir və sizin auditoriyanıza kimlər daxildir?

- Seminar yalnız tətbiqi xarakter daşıyır. Bu isə o deməkdir ki, tədbirdə cansıxıcı nəzəriyyə və məzmunsuz “boş” danışıqların əvəzinə sadə dildə izah, maksimum faydalı və əyani məlumatlar, eləcə də sərgilərdə uğurlu iştirak ilə bağlı real həyatdan götürülmüş misallarla müşayiət olunan praktiki təcrübə üstünlük təşkil edəcək. Seminar şirkət rəhbərləri, direktorlar və marketinq, reklam, təşviqat və satış üzrə menecerlər, eləcə də sərgidə iştiraka görə cavabdeh olan şirkət əməkdaşları üçün tövsiyə olunur. Treninq sərgilərdə uğur qazanmağın yollarını öyrənməyə və bu məlumatları həm Bakıda, xaricdə keçirilən sərgilərdə tətbiq etməyə kömək edir.

- Tezlikdə Azərbaycanda payız sərgi mövsümü start götürəcək. Hazırda biznesin təşkili və inkişafı üçün sərgilər nə dərəcədə əhəmiyyətlidir?

- Sərgilər satış, reklam, marketinq, birbaşa kommunikasiya, sağlam rəqabətli mübarizə və biznesin inkişafı üçün əla vasitədir. Sadəcə sərgi resurslarından düzgün istifadə etməyi bacarmaq lazımdır.

Texnologiyalar şəxsi ünsiyyəti heç vaxt əvəz edə bilməyəcək. İri sənaye tədbirlərində iştirak “networking”, yəni şəxsi ünsiyyət və əlaqələrin qurulması adlanır.

Sərgilərdə, xüsusən də yaxşı tanınan və eksponentlərin etimadını qazanmış sərgilərdə iştirak şirkətin bazardakı sabit mövqeyinin göstəricisidir. İqtisadi reallıqların bəzən ildırım sürəti ilə dəyişdiyi böhranlı dövrlərdə satıcı ilə alıcı arasındakı səmərəli kommunikasiyaya olan tələbat artır. Belə vəziyyətdə sərgilərdə iştirak əvəzedilməzdir, çünki məhz potensial və mövcud tərəfdaşlarla canlı ünsiyyət biznes proseslərinin bütün iştirakçılarında əminlik hissi yaradır. Elə məsələlər var ki, onları adətən yalnız şəxsi ünsiyyət zamanı müzakirə etmək olar və aydındır ki, kəskin şəkildə dəyişən bazar şəraitində belə mövzuların sayı daha da artır.

- Sərgilərdə iştirak etmək qərarına gəlmiş şirkətlərə nə tövsiyə edərdiniz?

- Birincisi sərgi fəaliyyəti ilə bağlı 3 mərhələdə - sərgidən əvvəl, sərgi zamanı və sərgidən sonra sistemli yanaşma tətbiq etsinlər. Sərgiyə ilin üç-dörd günü yox, üç-dörd ay davam edən tədbir kimi baxsınlar.

Bundan başqa, stenddə görmək istədikləri hədəf ziyarətçi auditoriyasını dəqiq müəyyən etsinlər. Sərgidən əvvəl reklam kampaniyası keçirsinlər və sərgidə iştirakı bütün mövcud kanallar vasitəsilə fəal şəkildə elan etsinlər.

Həmçinin sərgidə hədəf auditoriyanı ən çox maraqlandıran məhsul və həll variantlarını seçsinlər. Sərgiyə ən yaxşı əməkdaşlarını göndərsinlər və onlara sərgidə səmərəli iş üzrə treninq keçsinlər.

Digər faydalı məsləhət və tövsiyələr üçün sentyabrın 7-də “Hyatt Regency” otelinin İclas və Konfrans Mərkəzində “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli?” mövzusunda keçirəcəyim seminarda iştirak edə bilərsiniz. Daha ətraflı məlumatı www.ceo.az veb-saytından əldə etmək mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ən müasir texnologiyalar əsasında aparılır – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var