SİYASƏT


Nikolay Katerinçuk: Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

Kiyev, 9 iyun, AZƏRTAC

Azərbaycanlı jurnalistlərin vəzifə borclarını yerinə yetirərkən minaya düşüb həlak olmaları yolverilməzdir. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini qətiyyətlə pisləməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ukrayna Avropa Partiyasının sədri, hüquq elmləri namizədi Nikolay Katerinçuk söyləyib.

Onun sözlərinə görə, jurnalistlərin həyatına qəsd həm də azad sözə, onların fəaliyyətinə qarşı yönəlmiş açıq-aşkar terror aktıdır.

“Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir. Əks halda, bu, beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır. Dünya birliyi günahsız insanların həlak olmasına göz yummamalıdır. Beynəlxalq təşkilatlar bu xəritələrin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiqi artırmalıdır”, - deyə partiya sədri əlavə edib.

Qeyd edək ki, xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.