MƏDƏNİYYƏT


“Nizami Gəncəvi 880 – dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusunda veb-konfrans təşkil olunacaq

Bakı, 5 mart, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) “Nizami Gəncəvi İli” çərçivəsində dünya şöhrətli ədib və mütəfəkkirin möhtəşəm ədəbi-poetik xəzinəsinin, zəngin mədəni və fəlsəfi irsinin tədqiqi və təbliğinə töhfə vermək, eləcə də Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya geniş təbliği məqsədilə Beynəlxalq Türk Akademiyası ilə birlikdə martın 9-da müştərək veb-konfrans təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi-880 dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusuna həsr olunmuş toplantıda ICESCO-nun sabiq baş direktoru Abdulaziz Altvaijri, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və Nazarbayev Universitetinin Qazax dilləri və türk araşdırma mərkəzinin sədri Uli Şamiloğlu dahi mütəfəkkirin önəmli tarixi rolu, onun mədəni irsi və bir sıra digər mövzularda çıxış edəcəklər.

O cümlədən NGMB-nin Həmsədri İsmail Serageldin, Mavritaniyanın sabiq prezidenti Əminə Qurib-Fakim, Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev, Ekvadorun sabiq prezidenti Rosalia Arteaqo və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevanın iştirakı ilə “Nizami və 2021-ci ilin dünyası” mövzusu müzakirə ediləcək.

Mərkəz, həmçinin Moldova, Ukrayna, Latviya, Bosniya və Herseqovina, ABŞ da daxil olmaqla, bir sıra xarici ölkələrdə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş toplantılar keçirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.