SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 21 iyun, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
BMT-nin Cenevrə Ofisinin baş direktoru xanım Tatyana Valovaya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin tərəfindən imzalanan memoranduma əsasən hər iki təşkilat multilateralizm, sülh, inkişaf və mədəni anlaşmanın təbliğ olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Qeyd etmək istərdik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq Ümumdünya Səhiyyə Təşkilatı ilə strateji əməkdaşlıq memorandumu imzalayıb və Mərkəz digər qurumlarla da əməkdaşlığını inkişaf etdirmək istiqamətində çalışır.