Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nizami Səfərov: ATƏT-in Minsk qrupu təşkilatın itirilmiş etimadını bərpa etmək üçün fəaliyyətini ciddi şəkildə yenidən nəzərdən keçirməlidir

Nizami Səfərov: ATƏT-in Minsk qrupu təşkilatın itirilmiş etimadını bərpa etmək üçün fəaliyyətini ciddi şəkildə yenidən nəzərdən keçirməlidir

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılması beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələndi. Otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı silsilə beynəlxalq cinayətlər - soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədilib, mədəni irsimizə, ekoloji sistemə ciddi ziyan vurulub, şəhərlərimiz, kəndlərimiz, digər yaşayış məntəqələrimiz bəşər tarixində çox nadir hallarda müşahidə olunan dağıntılara məruz qalıb.

Bunu AZƏRTAC-açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov deyib.

Deputat diqqətə çatdırıb ki, ermənilərin törətdikləri bu barbarlıq və vandallıq aktları ilə tanış olmaq məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub. Bu səfərlərin əsas məqsədlərindən biri xarici diplomatları misli görünməmiş dağıntılara məruz qalan ərazilərdə aparılan irimiqyaslı quruculuq və abadlıq işləri ilə tanış etməkdir. Regionun iqtisadi dirçəlişinin təmin edilməsi, artıq həyata keçirilməsinə başlanan irimiqyaslı layihələr ölkəmizin qüdrətini və böyük iqtisadi potensialının əyani ifadəsidir.

“Təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycanın mədəni paytaxtı olan və ümumilikdə Cənubi Qafqazın incisi kimi tanınan Şuşa şəhərinə 46 dövlətin nümayəndəsi səfər etsə də, onların arasında ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərin diplomatik təmsilçiləri olmayıb. Bu, ölkəmizin geniş ictimai dairələri tərəfindən anlaşılmaz hal kimi qəbul edilir. Ancaq məsələyə artıq məntiqi sonluğuna çatmış silahlı münaqişənin diplomatik tarixi kontekstində baxdığımız zaman bir sıra həqiqətlər yada düşməyə bilməz: “Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyət qabiliyyətsizliyi 2008-ci il martın 14-də BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində özünü əyani formada büruzə verdi. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasının keçən əsrin əvvəllərində qəbul etdiyi dörd qətnamədə ölkəmizin suverenliyi və ərazi bütövlüyü birmənalı olaraq təsdiqlənirdi, eyni zamanda, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilər əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı, Baş Assambleyada 62/243 saylı qətnamənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin qəbulunun əleyhinə səs veriblər”, - deyə deputat bildirib.

Hüquq elmləri doktoru qeyd edib ki, qətnamənin mətninə baxdıqda bu sənədin beynəlxalq hüququn prinsiplərinə əsaslanması, ümumiyyətlə, heç bir sual doğurmurdu. Qətnamədə Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi, BMT-nin Təhlükəsizlik Şurasının rəsmi sənədlərində göstərilən işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, işğal nəticəsində yaranmış vəziyyətin heç bir dövlət tərəfindən tanınmaması və belə situasiyanın davam etməsinə səy göstərməməsi, həmçinin digər mühüm məsələlər əksini tapıb.

Sual olunurdu ki, 62/243 saylı qətnamənin əleyhinə çıxan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri BMT-nin Nizamnaməsində təsbit edilmiş məqsəd və prinsipləri nəyə görə bir kənara qoyub, işğalçı Ermənistanın yanında yer almağa üstünlük veriblər? Nəyə görə həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini, məsələn, silah embarqosunu, tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumub, müharibə cinayəti kimi tövsif olunan qanunsuz məskunlaşmanın və işğal altındakı ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinin qarşısının alınması üçün lazımi addımlar atmırdılar?

“Hər bir halda nəzərə almaq lazımdır ki, Azərbaycanın möhtəşəm Qələbəsi regionda yeni geostrateji vəziyyət yaradıb və bunun nəticəsi olaraq tamamilə yeni iqtisadi əməkdaşlıq formatı reallaşdırılır. Fundamental şəkildə dəyişən şəraitdə ATƏT-in Minsk qrupu, və xüsusən həmsədr ölkələr bu təşkilatın itirilmiş etimadını bərpa etmək üçün fəaliyyətlərini ciddi şəkildə yenidən nəzərdən keçirməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, həmsədr ölkələr Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması, bölgədə davamlı sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olunması istiqamətində əməli addımlar atmalıdırlar”, - deyə N.Səfərov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib