Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Nizami” layihəsinin yekun görüşündə doktorantura təhsili üzrə nəticələr yüksək qiymətləndirilib

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Bakıda Avropa Komissiyasının maliyyə dəstəyi ilə 2015-ci ildən həyata keçirilən “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi - “Nizami” layihəsinin yekunlarına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyev layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, Təhsil Nazirliyinin, AMEA-nın və doqquz ali təhsil müəssisəsinin, eləcə də Avropanın beş aparıcı universitetinin iştirak etdiyi “Nizami” milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.

Y.Piriyev Avropa və Azərbaycan universitetləri arasında təcrübə mübadiləsi ilə üç il yarım davam etmiş (2015-2019) layihə çərçivəsində Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil sahəsinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində tərəfdaş qurumların birgə iş apardığını və ölkəmizin Avropa təhsil sisteminə inteqrasiyasının təşkil olunduğunu söyləyib.

O, Azərbaycanda doktorantura təhsili sistemində aparılan məqsədyönlü islahatlardan danışaraq, bu sahədə müasir dövrün çağırışlarından irəli gələn vəzifələri diqqətə çatdırıb, görülmüş işlərin yüksəkixtisaslı gənc kadrların hazırlanmasına yönəldiyini bildirib.

“Nizami” layihəsinin uğurla başa çatdığını deyən Y.Piriyev layihəni Fransa ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirib.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev akademiyanın “Nizami” layihəsinin hədəflərinə və qarşıya qoyulan məsələlərin həllinə xüsusi diqqət yetirdiyini bildirib.

Rəyasət Heyətinin qərarı ilə AMEA-da “Nizami” layihəsinə dəstək üçün işçi qrupunun təşkil olunduğunu söyləyən R.Əliquliyev son 3 il ərzində Rəyasət Heyətinin məsul şöbələrinin rəhbərlərinin bu layihədə müntəzəm iştirak etdiyini deyib.

Ölkəmizdə elm və təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf etdirilməsinin vacibliyini qeyd edən alim Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini, boloniya sistemi əsasında bakalavr və magistr səviyyələri üzrə əhəmiyyətli nəticələrin əldə olunduğunu bildirib. O, bu gün Azərbaycanın ali təhsil müəssisələrinin yetişdirdiyi kadrların daxili əmək bazarı ilə yanaşı, dünya bazarında da böyük nüfuz əldə etdiyini vurğulayıb.

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri ölkəmizdə biliklər cəmiyyəti və iqtisadiyyatı, eləcə də yüksək texnologiyalar cəmiyyətinin formalaşdırılmasıdır”, - deyən AMEA-nın akademik-katibi Azərbaycan təhsil sisteminin Avropa dəyərlərinə transformasiyası, onun dünyanın inkişaf tempinə uyğunlaşdırılmasının vacib məsələlərdən olduğunu bildirib, “Nizami” layihəsinin qeyd olunan məqsədlərə xidmət etdiyini vurğulayıb.

Tədbirin rast gəlinən problemlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malik olduğunu söyləyən akademik R.Əliquliyev bu istiqamətdə mütəmadi olaraq dəyirmi masaların təşkili və əlaqədar qurumların birgə fəaliyyətinin önəmini qeyd edib. O, həmçinin layihə çərçivəsində rəhbərlik etdiyi institutun dəstəyi ilə doktorantura təhsilinin idarəolunması, elektron hökumətin tərkib hissəsi kimi yaradılmış portalın əhəmiyyətindən danışıb. Bu sistemin doktorantura təhsili ilə bağlı statistik-analitik analizlərin aparılması, bu istiqamətdə müvafiq qərarların qəbul edilməsi, eləcə də Azərbaycanda formalaşan onlayn mühitə inteqrasiya kimi vəzifələrin icrasını nəzərdə tutduğunu deyib.

Daha sonra Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib. Ofis rəhbəri “Erasmus+” proqramının Azərbaycan üçün prioritet sahələrinin kurikulum quruculuğu, Avropa standartları çərçivəsində təhsil sahəsində birgə təcrübə mübadiləsinin aparılması və ali təhsil müəssisələrinin idarəedilməsi və fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olduğunu vurğulayıb.

Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Johan Şitterer ölkəsi ilə Azərbaycan arasında siyasi, elmi, iqtisadi və digər sahələrdə əlaqələrin daim genişləndiyini söyləyib. Azərbaycan ilə Fransa arasında elm və təhsil sahəsində əməkdaşlığın tarixi köklərə əsaslandığını deyən müşavir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi regionda bu qəbildən ilk olan Azərbaycan-Fransız Universitetinin təsis olunması və fəaliyyətini xüsusi qeyd edib.

J.Şitterer ötən il AMEA ilə Fransanın Montpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişini, əməkdaşlıq və dissertasiya maliyyələşdirilməsi haqqında sazişi də xatırladıb. Bildirib ki, sənədə əsasən, tərəflər birgə doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirir, ortaq elmi araşdırmalar aparırlar.

Tədbirdə “Nizami” layihəsinin koordinatoru, Montpelye Universitetinin professoru Veronique Montero “Doktorantura təhsili üzrə Fransa təcrübəsi”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elm sektorunun müdiri Anar Kazımov “Nizami layihəsi: əldə olunmuş nəticələr və yeni perspektivlər” və AMEA Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva “Milli idarəetmə portalı” mövzusunda məruzələrini təqdim ediblər. Məruzələrdə layihənin ümumi məqsədinin Avropa universitetləri ilə mübadilə təşkil edərək Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması, PhD-nin mükəmməlliyinin artırılması, Azərbaycanı yüksək keyfiyyətli doktorantura təhsili ilə təmin etmək (tədqiqat, innovasiya və təhsil əlaqələri sayəsində) və ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək olduğu bildirilib.

Sonda tərəfdaş ali təhsil müəssisələrində “Nizami” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, geniş müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır