SİYASƏT


Nobel mükafatı laureatı Əziz Sancar: Mənim üçün ən önəmli amillərdən biri Türk gənclərinin elmdə ən ön sıralarda yer almasıdır

Bakı, 28 may, AZƏRTAC

Əziz gənclər, Vətənimizi sevməkdən əsla vaz keçməyin. Mənim üçün ən önəmli amillərdən biri Türk dünyasının inkişafı və Türk gənclərinin elmdə ən ön sıralarda yer almasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nobel mükafatı laureatı Əziz Sancar “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı söyləyib.

Vətənimiz dediyi zaman həm Türkiyəni, həm də Azərbaycanı nəzərdə tutduğunu bildirən dünyaşöhrətli alim deyib: “Vətənimizin yüksəlməsi üçün lap çox çalışın, işlər qaydasında getmədikdə belə düzəltmək üçün mübarizə aparın, inadkar olun və məğlubiyyəti əsla qəbul etməyin”.

Əziz Sancar qeyd edib ki, qırx yaşına qədər gündə ən az 18 saat işləyib. “Gəncliyimdə çox gecəni laboratoriyada keçirdim. İndi də 12 saatdan az işləmirəm. Unutmayın, işləmək və insanlığa faydalı olmaqla siz özünüzü həmişə daha yaxşı hiss edəcəksiniz. İnsanlığa, ölkənizə xeyirli bir iş görmənin verdiyi məmnunluq həmişə daha xoşbəxt olmağınızı təmin edəcək”, - deyən Nobel mükafatı laureatı Əziz Sancar gəncləri elmə yönəldən bu festivalın təşkilatçılarına, eləcə də bu festivallara dəstək verən prezidentlər Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.