DÜNYA
Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək
Bakı, 2 noyabr, AZƏRTAC
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan “Buddy Mobility” startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Qeyd edək ki, “Buddy Mobility” startapının robot poçtalyonları təkərli qutunu xatırladır. Saatda 6 km/saat sürətlə hərəkət edən robot poçtalyon gündə 100 ünvana poçt bağlaması çatdıra bilər.
AZƏRTAC “itc.ua” saytına istinadən bildirir ki, robot evə yaxınlaşmazdan öncə bağlamanı qəbul edən şəxsə xüsusi mobil tətbiq vasitəsilə mesaj göndərir. Mesajla göndərilmiş kod poçt və ya bağlamanın olduğu bölməni açmağa imkan verir. Robot bütün poçt bağlamalarını ünvanına çatdırdıqdan sonra batareyasını enerji ilə doldurmaq üçün ən yaxın poçt şöbəsinə geri qayıdır və yeni poçt bağlamalarının yüklənməsini gözləyir.
Robot poçtalyon Konqsberq şəhərinin rayonlarından birində sınaq rejimində istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]