Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Notizie Geopolitiche”: “Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol”

“Notizie Geopolitiche”: “Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol”

Roma, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur. Bu münasibətlə İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol” adlı məqaləsi dərc olunub. Yazıda diplomat ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında münasibətlərin inkişaf dinamikası barədə fikirlərini bölüşüb.

Məqalədə deyilir: “1998-ci ildə təhsil almaq üçün ilk dəfə İtaliyaya gələndə təsəvvür etməzdim ki, 19 il sonra Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə məqalə yazacağam. Hazırda İtaliyada 3-cü dəfə uzunmüddətli təcrübəmi yaşayıram. Buradakı təcrübələrim müxtəlif vaxtlara təsadüf etsə də, onlar arasındakı oxşarlıq hər dəfə Azərbaycanla İtaliya arasında münasibətlərin keyfiyyətcə yeni hüdudlar əldə etməsinin, hazırda isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin şahidi olmaqdır.

İtaliya Azərbaycanda hər zaman çox sevilən ölkə olub. Azərbaycanda İtaliya dedikdə qədim tarix, zəngin mədəniyyət, təkrarolunmaz musiqi, incəsənət, kino, təbiət, mətbəx, moda yada düşür. Bir də Neapol, çünki bu şəhər 1972-ci ildə Bakı ilə qardaşlaşıb. Lakin Azərbaycan-İtaliya arasında təmaslar daha qədim tarixə malikdir. Bizim eranın I əsrində Bakının yaxınlığındakı Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionunun olması, XIII əsrdə venesiyalı səyyah Marko Polonun Bakıya səfəri, orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlərin Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlaması bunun bariz sübutudur. 1918-1920-ci illərdə İtaliya müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə də diplomatik münasibətlər qurub və Bakıda İtaliyanın diplomatik təmsilçiliyi fəaliyyət göstərib.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdiyi an Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə, iqtisadi böhran, sosial çətinliklər kimi mürəkkəb problemlərlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycan üçün problemlərin həllinin başlıca yollarından biri də beynəlxalq aləmlə əlaqələrin qurulması idi. 1992-ci il yanvarın 1-də İtaliya Azərbaycanın müstəqilliyini tanıdı, mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələrin əsası qoyuldu. Elə ilk dövrdən başlayaraq iki ölkə arasında təmaslar Azərbaycan üçün iki önəmli mövzu ətrafında cərəyan etməyə başladı: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın neft və qaz sektorunun inkişafı. Bu münaqişənin nizamlanması üzrə fəaliyyət göstərən ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri İtaliyanın xarici işlər nazirinin müavini Mario Raffaelli oldu. 1992-1993-cü illərdə İtaliyanın sədrliyi dövründə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması istiqamətində göstərilən səylər təəssüf ki, nəticə vermədi. Eyni zamanda, 1995-ci ildən etibarən İtaliyanın ENİ şirkəti Azərbaycanın neft və qaz yataqlarının işlənilməsi üzrə bir sıra layihələrə cəlb olundu ki, bu da Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığın bünövrəsini qoydu. Azərbaycanın siyasi, iqtisadi və strateji önəmini nəzərə alaraq 1997-ci ildə İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda səfirliyinin təsis edilməsinə qərar verdi.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri, səfər çərçivəsində İtaliyanın siyasi rəhbərliyi və işgüzar çevrələri ilə apardığı müzakirələr, imzalanmış önəmli müqavilələr Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına təkan verdi. Səfər zamanı Prezident Heydər Əliyevin İtaliya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr o vaxtlar Azərbaycan üzərində mövcud olan informasiya blokadasının yarılması, ölkəmlə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin İtaliya və dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərdən əhəmiyyətli oldu.

1998-ci ildə İtaliyaya təhsil almaq üçün ilk gəlişim iki ölkə arasında münasibətlərin belə bir önəmli dövrünə təsadüf edirdi. ENİ qrupuna daxil olan Milandakı Scuola Superiore Enrico Mattei-də magistraturada təhsil alarkən İtaliyanın iqtisadi və elmi-akademik dairələrinin Azərbaycanın əhəmiyyətini anladıqları və İtaliya üçün vacib tərəfdaş olduğu mövqeyindən çıxış etdiklərinin şahidi olmağım İtaliyada təhsil alan ilk azərbaycanlılardan biri kimi məni hədsiz qürurlandırırdı. Əlbəttə ki, İtaliyada ölkəmizlə bağlı belə bir mövqeyin formalaşması Prezident Heydər Əliyevin İtaliyaya səfərinin nəticəsi idi.

İtaliyaya növbəti dəfə 2003-cü ildə gəldim. Azərbaycan İtaliyada səfirliyini təsis edirdi və mən də ölkəmin İtaliyada ilk diplomatik heyətinin tərkibində idim. Azərbaycan və İtaliya münasibətlərində yeni səhifə açılırdı. Azərbaycanın əhəmiyyəti barədə fikirləri artıq bu dəfə paytaxt Romada İtaliya siyasətini müəyyənləşdirən və ona təsir edən nüfuzlu siyasətçilərdən eşidirdim. 2005-ci ildə Prezident İlham Əliyevin İtaliyaya ilk rəsmi səfərinin təşkili təcrübəsini yaşamaq şərəfinə nail oldum. Bu səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış müqavilələr Azərbaycan-İtaliya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

Növbəti illər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin 2008-ci, 2014-cü və 2015-ci illərdə İtaliyaya səfərləri, 2013-cü ildə isə İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasını təmin edib. Xüsusilə də Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olmasını nümayiş etdirib.

İqtisadi əlaqələr də geniş hüdudlar əldə edib. Artıq 10 ildən çoxdur ki, İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı, Azərbaycan İtaliyanın ən iri enerji təchizatçılarından biridir. Bu illər ərzində Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin, o cümlədən İtaliyanın iri şirkətləri ilə yanaşı, orta və kiçik sahibkarlarının sayı artıb. Bununla yanaşı, Azərbaycana son illərdə italyan ixracının da dəfələrlə artması ölkəmizi İtaliya istehsalı olan mallar üçün strateji bazarlardan birinə çevirib. TAP layihəsinin gerçəkləşməsindən sonra Azərbaycanın iri “Şahdəniz” yatağından hasil ediləcək təbii qaz İtaliyaya nəql olunacaq. Bu layihə İtaliyanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, onun Avropa üçün enerji qovşağı kimi rolunu da artıracaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun İtaliyada bəşəriyyətin maddi irsi olan tarixi abidələrin qorunması, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər iki ölkə arasında humanitar sahələrdə əlaqələrin inkişafı ilə yanaşı, ölkəmizin İtaliya ictimaiyyətinə daha yaxından tanıdılması və iki ölkənin xalqları arasında təmasların gücləndirilməsinə əvəzsiz töhfələr verib. Habelə iki ölkənin təhsil müəssisələri, elmi-akademik çevrələri arasında da əlaqələr genişlənib və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır.

2016-cı ilin əvvəlindən İtaliyaya hazırkı dönüşüm məhz Azərbaycan-İtaliya münasibətlərində belə bir önəmli dövrə təsadüf edirdi. Son bir il ərzində iki ölkə arasında yüksək səviyyəli səfərlərdə dinamika davam edib. Azərbaycanın energetika nazirinin, xarici işlər nazirinin İtaliyaya səfərləri, İtaliyanın xarici işlər nazirinin, təhsil nazirinin, iqtisadi inkişaf nazirinin, Nazirlər Kabinetinin dövlət katibinin, mədəniyyət nazirinin müavinlərinin, XİN-in baş katibinin, parlament nümayəndə heyətlərinin Azərbaycana səfərləri həyata keçirilib. Bir ildən də az müddət ərzində Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın dördüncü iclası, iki dəfə ikitərəfli biznes-forumlar, iqtisadiyyat, mədəniyyət, akademik sahələrdə çoxsaylı konfranslar və tədbirlər təşkil olunub.

Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin 25-ci ildönümünü qədim tarixi əlaqələrə, möhkəm əsaslara söykənmiş münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa malik strateji tərəfdaşlar kimi qeyd edirlər.

Müxtəlif mədəniyyətlərin qovşağı olan Azərbaycan ilə bəşəriyyətin beşiyi olan İtaliya arasında əlaqələr Asiya ilə Avropanı birləşdirən, sülh, sabitlik, əməkdaşlıq və rifah kimi dəyərləri təcəssüm etdirən əlaqələrdir ki, bunun da ən gözəl nümunəsi Azərbaycandan başlayaraq İtaliyada tamamlanacaq Cənubi Qaz Dəhlizidir. Əməkdaşlıq, inkişaf və rifah isə sülh və sabitlikdən keçir.

Ümid edirəm ki, gələn il ATƏT-in sədri kimi İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək və bunun üçün vacib məsələ olan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə nəticələnməli olan status-kvonun dəyişdirilməsinə gətirib çıxaracaq”.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:

http://www.notiziegeopolitiche.net/editoriale-italia-azerbaijan-25-anni-di-diplomazia-si-guarda-alla-partnership-strategica/ 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib