Noyabrda Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib
AzerTAg.az

Bakı, 2 dekabr, AZƏRTAC
Kliniki Tibbi Mərkəzə (KTM) noyabr ayı ərzində zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, zəhərlənən şəxslərdən 127 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 73 nəfər dərmandan, 18-i sirkə turşusundan, 7-si dəm qazından, 9-u alkoqollu içkidən, 6-sı göbələkdən, 6-sı botulizmdən zəhərlənib. Digərlərindən 3 nəfəri anaflaksiya, 3-ü isə allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda onlardan 1-ni ilan, 1-ni isə həşərat sancıb.
Zəhərlənən şəxslərin 43-ü qadın, 46-sı kişi, 38 nəfəri isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 2 nəfər sirkə turşusundan, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 2-si kişidir.
Xəbərin mətnində orfoqrafik səhv var