CƏMİYYƏT


Noyabrın 21-dən dekabrın 28-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyat işləməyəcək

Bakı, 19 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 21-dən dekabrın 28-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 21-dən 23-dək, 28-dən 30-dək, dekabrın 5-dən 7-dək, 12-dən 14-dək, 19-dan 21-dək, 26-dan 28-dək saat 00:00-dan 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.