MƏDƏNİYYƏT
Nurəddin Mehdixanlı: Mən bütün aktyorlarımıza Yaşar Nurinin taleyini arzu edərdim
Bakı, 6 sentyabr, AZƏRTAC
Yaşar Nuri ömür boyu Azərbaycan teatr və kinosuna xidmət edib. Onun teatrımızın inkişafında çox böyük xidmətləri var. Yaşar o aktyorlardandır ki, Azərbaycan tamaşaçılarının böyük əksəriyyətinin sevgisini qazanıb. Yaşarı hər kəs tanıyır, uşaqdan böyüyədək onun filmlərini izləyib. Yaşar obrazları hamının qəbul edə biləcəyi şəkildə canlandırırdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq artisti Nurəddin Mehdixanlı deyib.
“Yaşarı hamıya qarşı diqqət göstərən, qayğı ilə yanaşan bir insan kimi tanıyıram. Yaşarın 1 iddiası var idi, o da sənətdə özünü sübut etmək və böyük aktyor olduğunu göstərmək. Bu səbəbdən Yaşar Nurini unutmaq mümkün deyil. Tamaşaçı onu ekranda hər dəfə görəndə üzündə təbəssüm oyanır. Mən bütün aktyorlarımıza Yaşar Nurinin taleyini arzu edərdim. Çünki Yaşarın çox uğurlu sənət taleyi var. Ən gözəl tamaşaları o oynayıb, əvəzində də dövlət tərəfindən yüksək dərəcədə qiymətləndirilib.