SİYASƏT


Nursultan Nazarbayev Polad Bülbüloğluna məktub ünvanlayıb

Moskva, 10 sentyabr, AZƏRTAC

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Polad Bülbüloğluna məktub ünvanlayıb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Nursultan Nazarbayev Polad Bülbüloğlunun siyasi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib.

Məktubda deyilir: “Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm”.

Qazaxıstanın birinci Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan səfirinin zəngin həyat və peşə təcrübəsi bundan sonra da iki qardaş xalqın çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.