DÜNYA
Nyu-Yorkda sürücü avtomobili piyadaların üzərinə sürüb VİDEO
Vaşinqton, 27 noyabr, AZƏRTAC
Bazar ertəsi axşam Nyu-Yorkda avtomobili yüksək sürətlə idarə edən sürücü onu piyadaların üzərinə sürüb. Nəticədə bir nəfər hadisə yerində həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təhlükəsizlik xidmətləri orqanlarının nümayəndələrinin AZƏRTAC-a verdiyi məlumata görə, avtomobilin sükanı arxasında 70 yaşlı kişi olub. İlkin məlumatlara əsaslanan polis idarəsi hadisənin terror aktı olmadığını təsdiqləyir. Qəzanın başvermə səbəbi kimi sürücünün avtomobil üzərində nəzarəti itirməsi və qərəzsiz olaraq onu piyadaların üzərinə sürməsi göstərilir. Bununla yanaşı, hadisənin səbəbi ilə bağlı ekspertiza tərəfindən təsdiq edilmiş rəsmi açıqlama verilməyib.
Nyu-York meri Bill de Blasio bildirib ki, şəhər polisi insidentlə əlaqədar hərtərəfli təhqiqat aparacaq.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]